Bakı. Trend:
Fransanın “Nitsa” klubunun italiyalı hücumçusu Mario Balotelli Fransa çempionatında iki oyunluq diskvalifikasiya edilib.
Trend-in məlumatına görə, futbolçu çempionatın son turunda “Loryan”a qarşı matçda hakimi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Məhz bu təhqiri də onun "cəzalandırılmasına" səbəb olub.
Trend xatırladır ki, bu, M.Balotellinin bu mövsüm üçüncü qırmızı vərəqəsidir.