...

UEG prezidenti: Azərbaycanın gimnastikanı inkişaf etdirmək üçün bütün imkanları var (FOTO)

İdman Materials 5 May 2017 18:32 (UTC +04:00)
Azərbaycanın gimnastikanı inkişaf etdirmək üçün bütün imkanları var
UEG prezidenti: Azərbaycanın gimnastikanı inkişaf etdirmək üçün bütün imkanları var (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın gimnastikanı inkişaf etdirmək üçün bütün imkanları var.

Bunu Trend-ə müsahibəsində Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Jorj Gelzek deyib.

Onun sözlərinə görə, Azərbaycanda gimnastikanın inkişafı artıq 10 ildən çoxdur ki, gedir, son 4-5 il ərzində bu, daha çox gözə çarpır: “Burada olan infrastruktur demək olar ki, başqa heç bir yerdə yoxdur. Bundan başqa, Azərbaycan Gimnastika Federasiyasının əməkdaşları və personalı bu idmanın inkişafında bütün gücü ilə iştirak edir və daha çoxunu etmək istəyirlər. Ən əsası isə, onların işinə hökumət tərəfindən dəstək göstərilir. Bu üç amil sübut edir ki, gimnastika daha da inkişaf edə bilər”.

UEG prezidenti əlavə edib ki, gimnastikanın inkişafı üzrə UEG siyasətinin davam etdirilməsi onun üçün vacbidir: “Bu səbəbdən, mən dəfələrlə vurğulamışam ki, dekabr ayında keçiriləcək UEG prezident seçkilərində Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun namizədliyini dəstəkləyəcəyəm. Bugünədək həyata keçirdiklərimizin davam etməsi üçün onun prezident seçilməsi vacibdir. F.Qayıbov artıq dörd ildir ki, UEG vitse-prezidenti vəzifəsində çalışır, İttifaqın siyasətini və baza strukturunu bilir. Bundan başqa, onun öz ideyaları var, bu mənim üçün bizim uğurlu siyasətimizin davamını ifadə edir”.

Xəbər lenti

Xəbər lenti