...

Bakı-2017: Daha bir taekvandoçumuz yarımfinalda

İdman Materials 16 May 2017 11:44 (UTC +04:00)
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarında idmançımız Qaşım Maqomedov yarımfinala vəsiqə qazanmaq uğrunda dayanq üzərinə çıxıb.
Bakı-2017: Daha bir taekvandoçumuz yarımfinalda

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarında idmançımız Qaşım Maqomedov yarımfinala vəsiqə qazanmaq uğrunda dayanq üzərinə çıxıb.

Trend-in məlumatına görə, idmançımız Q.Maqomedov (54 kq) bu dəfə Özbəkistan təmsilçisi Sukrob Bobobekov ilə qarşılaşıb.

Görüş 25:22 hesabı ilə idmançımızın xeyrinə başa çatıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti