...

Rocer Federer 8-ci dəfə Uimbldonun qalibi olub

İdman Materials 16 İyul 2017 23:54 (UTC +04:00)
İsveçrəli tennisçi Rocer Federer karyerasında 8-ci dəfə Uimbldon turnirinin qalibi olub
Rocer Federer 8-ci dəfə Uimbldonun qalibi olub

Bakı. Trend:

İsveçrəli tennisçi Rocer Federer karyerasında 8-ci dəfə Uimbldon turnirinin qalibi olub.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, 1 saat 41 dəqiqə davam edən final matçında Federer turnirin üçüncü raketkası Marin Çiliçdən üstün olub.

Oyun 6:1, 6:3, 6:4 hesabı ilə isveçrəlinin xeyrinə bitib.

Qeyd edək ki, Federer turnirin gedişində bir set belə uduzmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti