...

"Real Madrid" UEFA Superkubokunun qalibi oldu (VIDEO)

İdman Materials 9 Avqust 2017 00:41 (UTC +04:00)
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib
"Real Madrid" UEFA Superkubokunun qalibi oldu (VIDEO)

Bakı. Trend:

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.

Trend-in məlumatına görə, avqustun 8-i yerli vaxtla saat 22:45-də Makedoniyada " Philip II Arena" stadionunda Çempionlar Liqasının qalibi olan İspaniyanın "Real Madrid" klubu ilə Avropa Liqasının qalibi olan İngiltərənin "Mançester Yunayted" klubu üz üzə gəliblər.

Oyun 2:1 hesabı ilə "Real Madrid" klubunun xeyrinə yekunılaşıb. Qarşılaşmada qolları Kazemiro (24-cü dəqiqə), İsko (52-ci dəqiqə) və Lukaku (62-ci dəqiqə) vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti