Bakı. Trend:
Ötən gün Kopenhagendə tarix yazmış “Qarabağ” Bakıda hava limanında möhtəşəm qarşılanıb.
Trend-in məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolu tarixində ilkə imza atan “Qarabağ” vətənə qayıdıb.
Bu gün səhər saatlarında “Qarabağ”ı gətirən xüsusi təyyarə hava limanına eniş edib. Möhtəşəm uğura imza atan komandanı azarkeşlər, jurnalistlər və futbol ictimaiyyətinin digər nümayəndələri coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Kopenhagen" komandasına 2:1 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Foto - PFL