...

Boks üzrə yığmamız yoxlama görüşləri keçirəcək

İdman Materials 18 Sentyabr 2017 16:18 (UTC +04:00)

Bakı. Trend:

Boks üzrə gənclərdən ibarət Azərbaycan millisi bu gün Rusiyanın Nalçik şəhəri yola düşüb. Vaqif Şirinovun rəhbərlik etdiyi komanda Avropa birinciliyinə hazırlıq çərçivəsində yoldaşlıq görüşləri keçirəcək.

Bu barədə Trend-ə Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Millimiz sentyabrın 24-dək davam edəcək səfərdə 3 qarşılaşmada qüvvəsini sınayacaq. Rəqiblər Qazaxıstan, həmçinin Rusiyanın Dağıstan və Çeçenistan respublikalarının yığmaları olacaq.

Vaqif Şirinov, Əli İsmayılov və Etibar Abdullayevdən ibarət məşqçilər korpusu yoxlama döyüşlərində Həsən İbrahimov (49 kq), Əflatun Babayev, Amil Əlizadə (hər ikisi 52 kq), Orxan Həsənov (56 kq), Niyaməddin Allahverdiyev (60 kq), Məhəmmədəli İsmayılov, Bəxtiyar Qazıbəyov (hər ikisi 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Boksçularımızın Avropa birinciliyinə hazırlığının son mərhələsi isə oktyabrın 1-18-də Bakıda olacaq.

Qeyd edək ki, qitə çempionatı Türkiyənin Antalya şəhərində baş tutacaq. Yarış oktyabrın 20-dən 29-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti