...

ABL Cup turnirinin saytı

İdman Materials 3 Oktyabr 2017 17:27 (UTC +04:00)
ABL Cup turnirinin təşkilatçıları ASEP şirkəti əvvəldən bu turniri işıqlandırmaq üçün müasir sayt yaratmağı prioritet məsələ kimi müəyyən edib.
ABL Cup turnirinin saytı

Bakı. Trend:

ABL Cup turnirinin təşkilatçıları ASEP şirkəti əvvəldən bu turniri işıqlandırmaq üçün müasir sayt yaratmağı prioritet məsələ kimi müəyyən edib. Buna görə yalnız mini-futbol deyil, bütün futbol mövzularına dair aparıcı xarici nümunələr, təhlil edilib.

Nəticədə ABL Cup saytının gələcək görünüşü haqqında ilkin təsəvvürlər artıq məlum idi. Tərtib olunacaq sayt informasiya baxımından zəngin, rəngarəng və istifadə üçün rahat olmalı idi.

Layihənin reallaşması 2003-cü ildən etibarən informasiya texnologiyaları və veb inkişaf sahəsində uğur qazanmış MediaDesign şirkətinə həvalə olunur.

www.abl.az saytının dizaynı Müştərinin korporativ stilinə görə vizual zəngin bir üslubda hazırlanmışdır. Saytın bütün bölmələri stereotipləri istisna etmək və əksinə, onların içindəki məlumatları tam şəkildə açıqlamaq üçün hərtərəfli tədqiq edilmişdir. Bütün əsas bölmələrə ən mühüm hadisələr üçün naviqator kimi xidmət edən Ana səhifənin dizaynına xüsusi diqqət yetirilmişdir. Bu ilin iyul ayından etibarən veb-sayt Təşkilat Komitəsinin mətbuat nəşrlərini dərc edib və ilk "ABL Cup-2017/18" turnirinə hazırlıqlarını vurğulayıb http://www.abl.az/az/news .

Sayt izləyiciləri turnir qaydaları http://www.abl.az/az/node/738, və onun ətraflı təsviri ilə tanış ola bilərlər http://www.abl.az/az/node/649

[

Turnirdə iştirak etmək istəyənlər aşağıda göstərilən ünvanda qeydiyyatdan keçə http://www.abl.az/az/node/650 və oyunçular üçün forma rəngini seçə bilərlər http://www.abl.az/az/node/637 .

Turnirdə iştirakını təsdiq etmiş komandalar ilə bu ünvanda tanış ola bilərsiniz.

http://www.abl.az/az/teams

Hər bir komandaya aid məlumatlara, təsdiq edilmiş oyunçuların siyahısı da daxildir, məsələn,

http://www.abl.az/az/node/648?t=players .

Hər bir oyunçunun səhifəsində onunla bağlı ətraflı məlumat yerləşdirilib.

http://www.abl.az/az/node/670 .

Qrup turnirinin püşkatma mərasimi keçirildikdən sonra, saytda qrupların tərkibi və oyunların cədvəli dərc ediləcək.

Hər bir qrupda gedən mübarizənin gedişatı, elanlar və oyunların nəticələri ilə birgə xüsusi səhifədə yer alacaq.

Sayta daxil olan izləyicilər hər bir turun fotoşəkilləri və video materialları ilə təchiz olunmuş təsvirləri ilə tanış ola biləcəklər. Hər keçirilən oyun haqqında ətraflı hesabat yerləşdiriləcək: Start və ehtiyat siyahıları, vurulan qollar və asistlər hesabları, cərimələr, əvəzolunmalar və sair məlumatlar veriləcək. Saytın ziyarətçiləri, oyunların nəticəsinə aid proqnozlarını səhifədə qeyd edərək, özlərinə məxsus Facebook akkauntlarında paylaşa biləcəklər.

Hər bir komandaya aid xüsusi bir bölmədə, komandanın növbəti oyunlarının təqvimi və keçmiş oyunların nəticələri, diskvalifikasiya edilmiş oyunçuların siyahıları yer alacağdır. Hər bir komandanın keçirdiyi oyunların sayı və nəticələrinə, qol vurduqlarına və qaçırılmasına, asistlərə, cərimələrə və s. görə uzunmüddətli statistika izləniləcək. Hər bir oyunçuya məxsus müvafiq statistika aparılacaq.

Statistika bölməsində ən yaxşı bombardirlərin, asistentlərin, qapıçıların siyahıları ilə müqayisəli statistikası, eləcə də komandalara vurulan və qaçırılan qollar üzrə müqayisəli statistikası, cərimələr və s. əks olunacaq. Pley-off mərhələsinin püşkatma mərasimindən sonra saytda 1-dən 16-ya qədər olan yerlər təyin olunacaq. Eyni qayda 17-dən 32-yə qədər olan yerlər üçün də keçərlidir.

Belə geniş məzmunun yayımlanması ən müasir texnologiyalardan istifadə etməklə həyata keçiriləcək. Bütün bloklar və elementlər üçün istifadə rahatlığı və interaktiv arasında balansın tətbiqinə diqqət yetiriləcək. Sayt kiçik ekranlı tablet, smartfonlar və digər cihazlar üzərində tam şəkildə uyğunlaşdırılacaq. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "ABL Cup" www.abl.az saytının turnirdə iştirak edən komandalar və onların azarkeşləri üçün maraqlı və faydalı olacağını iddia edə bilərik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti