...

Azərbaycan üzgüçüsü Dünya Kuboku mərhələsinin qalibi olub (FOTO)

İdman Materials 5 Oktyabr 2017 11:27 (UTC +04:00)
Azərbaycan üzgüçüsü, 2017-ci il İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi Maksim Şemberev Dohada (Qətər) Dünya Kuboku mərhələsinin qalibi olub.
Azərbaycan üzgüçüsü Dünya Kuboku mərhələsinin qalibi olub (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan üzgüçüsü, 2017-ci il İslam Həmrəyliyi Oyunlarının dördqat qalibi Maksim Şemberev Dohada (Qətər) Dünya Kuboku mərhələsinin qalibi olub.

Bu barədə Trend-ə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

O, 400 metr məsafədə kompleks üzmədə qızıl medal qazanıb.

Azərbaycanın qadın üzgüçüsü Fatimə Əlkərəmova 800 metr sərbəst növdə beşinci yeri tutub.

Qeyd edək ki, bu gün M.Şemberev 1500 metr məsafədə sərbəst üsulla üzmədə medallar uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti