...

Millimizin baş məşqçisi müəyyənləşdi

İdman Materials 3 Noyabr 2017 10:14 (UTC +04:00)
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir.
Millimizin baş məşqçisi müəyyənləşdi

Bakı. Trend:

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilir.

AFFA-dan Trend-ə verilən məlumata görə, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsidir. Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, R.Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti