...

AZFAR "Biznes liqa" - II turun icmalı (FOTO/VİDEO)

İdman Materials 9 Noyabr 2017 11:50 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir.
AZFAR "Biznes liqa" - II turun icmalı (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır.

Trend-in məlumatına görə, noyabrın 4-də qrup mərhələsinin ikinci seçim turu start götürüb.

G qrupunda iki oyun: "Gate Baku" - "M Group Production" və "MuğanBank - DDLAR Group" görüşməsi heç-heçə (2-2) hesab ilə bitdi. Belə davam edən halda, qrupun sonrakı oyunlarının gərgin keçəcəyi görünür. Çünki pley-off mərhələsinə vəsiqə qazanmaq, müvafiq xal hesabı ilə mümkün olacaq. Hazırda yarımqrupun lideri kimi "MuğanBank" komandası görünür. Belə ki, Gate Baku komandası ilə oyundan sonra "MuğanBank" komandasına texniki qələbə verilib. Qrupun sonrakı oyunlarını böyük maraqla izləyəcəyik.

"Silk Way" və "Iteca" komandalarının oyunu zamanı da gərginlik müşahidə olunurdu. Qeyd edək ki, hər iki komanda maraqlı oyun nümayiş etdirdi. Lakin bu oyun "Silk Way" komandasının üstünlüyü və 2-0 hesablı qələbəsi ilə başa çatdı. "Azersun" komandası öz azarkeşlərini VTB komandasına 10-1 hesabı ilə qalib gələrək bir daha sevindirdi. İkinci turdan sonra da komandanın birinciliyi qoruyub-saxlaması heç də təəcübləndirici hal olmaz.

"ATL Tech" komandası Gənclər və İdman Nazirliyi komandasını üstələyərək yenidən qələbəyə imza atdı. Oyun 8-3 hesabı ilə bitərək "ATL Tech" komandasına pley-off mərhələsinə vəsiqəni təmin etdi.

"Universal" komandasının meydançaya xüsusi özgüvən hissi ilə daxil olmağı əbəs yerə deyil. "Deloitte" komandası ilə keçirilən oyundan sonra tabloda 13-1 hesabının əks olunması buna əyani sübutdur.

Biznes liqanın qrup mərhələsinin II turunun ikinci günü çox gərgin keçdi. Komandalardan bir neçəsinin keçirdiyi oyunlar heç-heçə ilə bitdi, bəzi komandaların oyunları zamanı isə bir neçə sayda sarı və qırmızı kartlar belə verildi.

B qrupuna daxil olan "Amrahbank" və "Azecolab" komandalarının oyunu xüsusi marağa səbəb oldu. Kobud keçməsi və heç-heçə ilə bitməsinə baxmayaraq, bu oyunu ikinci turun ən maraqlı görüşməsi kimi qeyd etmək olar. Hər iki komanda 1 qol vuraraq, hesabı 1-1 hesabı ilə başa çatdırdı.

"TimSport" və "City Taxi" komandalarının keçirdiyi oyun az marağa səbəb olmadı. "Timsport" komandası "Amrahbank" komandası ilə oyunda məğlub olmasına baxmayaraq, oyuna yüksək mübariz əhvali-ruhiyyə ilə daxil oldu. Oyunun son dəqiqələrinə qədər hesab bərabərliyi qorunurdu, lakin son anda "City Taxi" komandası iki qol vuraraq üstünlüyü əldə etdi. Oyun 3-1 hesabı ilə başa çatdı. Keçirilən oyun zamanı Fərid Səttərzadəyə iki sarı kart və ardınca qırmızı kart verildi. Üçüncü turda keçiriləcək oyunu buraxmalı olacaq. Eyni zamanda "Kapital Bank" komandasının oyunçusu Rəşad Şükürov hakimə qarşı kobud rəftarına görə 3 oyun zamanı kənarlaşdırma alacaq.

"Polatyol" və "Kapital" komandalarının keçirdiyi oyunda "Polatyol" komandası 4-3 hesabı ilə qələbə qazandı. Növbəti qələbəni əminliklə "Təmiz Şəhər" komandası "Gesco" komandasına 11-2 hesabı ilə qalib gəldi. "Embawood" komandası "GT Solutions" komandası ilə oyunda 6-1 hesabı ilə üstünlük qazandı. "Buta Palace" komandası "TreMiDa" komandasına qalib gəldi. "Norm Sement" və "KaTV 1" komandalarının qarşılaşması heç-heçə ilə bitdi. Meydançada komandaların mübarizəsi 2-2 hesabı ilə başa çatdı.

"Pullman" və "Gilan" komandalarının oyunu da öz növbəsində maraqlı keçdi. Yeni yaranmasına baxmayaraq, "Pullman" komandası "Gilan" komandası ilə görüşdə rəqibə aman vermədi. Bu komandalar arasında keçən oyun 9-3 hesabı ilə bitdi.

"Port of Baku" komandası öz qrupunun lider mövqesində qərarlaşaraq "Azergold" komandasına 4-1 hesabı ilə qalib gəldi.

Üçüncü tur səbirsizliklə gözlənilir. Belə ki, bundan sonra biznes liqanın payız mövsümünün pley-off mərhələsinə vəsiqə qazanacaq komandalar məlum olacaq.

Daha ətraflı: https://www.facebook.com/media/set/set=a.704938406383073.1073741830.673336346209946&type=1&l=9e0f56c3e3

Qeyd etmək istərdik ki, ABL Cup 2017/18 turnirinin rəsmi saytı olan www.abl.az səhifəsində püşkatmanın nəticələri və keçiriləcək oyunlar haqqında geniş məlumatlar əldə etmək mümkündür. Mütəmadi olaraq yenilən səhifəmizi izləməyi unutmayın.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti