...

ABL Cup 2017/18 turnirinin play-off mərhələsinin püşkatması keçırilib (FOTO)

İdman Materials 16 Noyabr 2017 12:59 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.
ABL Cup 2017/18 turnirinin play-off mərhələsinin püşkatması keçırilib (FOTO)

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.

Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

Pullman otelində ABL Cup 2017/18 turnirinin play-off mərhələsinin püşkatma mərasimi baş tutub. Püşkatma mərasiminin açılışını tanınmış tele-aparıcı Sənan Şəfizadə etdi. Aparıcı ilk öncə komandaları və zalda əyləşən komandaları salamlayaraq hər birinə uğurlar arzu etdi. Daha sonra səhnəyə dəvət olunan layihənin rəhbəri Tərlan Məmmədovu komandaları salamlayaraq, nəzərlərinə vacib məlumatları çatdirdı.

Belə ki, qrup mərhələsi zamanı komandalar tərəfindən təkliflər, tövsiyyələr və şikayətlər qəbul olunmuşdur. Şikayətlərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Play-off mərhələsinin püşkatması keçirildikdən sonra təşkilat komitəsi tərəfindən:

komandaların heyətləri üzrə şikayətlər qəbul edilmir
komanda heyəti üzrə dəyişiklik qəbul edilmir

Çıxışını bitirdikdən sonra T.Məmmədov püşkatma mərasimini aparmaq üçün səhnəyə biznes-liqa layihəsinin rəhbəri Anar Rzazadəni dəvət etdi. Püşkatma mərasimi başladı.

Yarışda iştirak etmiş 32 komanda hərəsində 8 komanda olmaqla 4 səbətdə yer aldilar. 1-ci səbətdə qrupda ilk yerləri tutmuş komandalar, 2ci, 3cü, 4cü səbətdə isə qrupda müvafiq olaraq 2-ci, 3-cü, 4-cü yerlər tutmuş komandalar yerləşdirilmişdır. İlk olaraq 3-4cü səbətlərdə yer almış komandalar üçün cütlər müəyyən olunmüşdur və bu komandalar 17-32ci yerlər uğrunda mübarizə aparacaqlar. Daha sonra 1-2ci səbətlərdə yer almış komandalar üçün 1/8 final cütləri müəyyən olundu və bu komandalar 1-16ci yerlər uğrunda yarışacaq.

17-32ci yerlər üçün pleyoff oyunları həftənin şənbə günləri, 1-16ci yerlər üçün pleyoff oyunları həftənin bazar günləri keçiriləcək. Oyunun günləri dəyişdirilməyəcək.

Püşkatma mərasiminin rəsmi-hissəsinin sonunda təşkilatçı ASEP şirkəti, ənənəyə sadiq qalaraq zalda əyləşən qonaqları onlar üçün Pullman otelinin aşbazı tərəfindən hazırlanan furşet masasına dəvət etdi. Komandalar təşkilatçılar və digər Komanda nümayəndələri ilə, daha rahat bir ortamda gələcək oyunlar ilə bağlı söhbətlərini davam etdilər.

Qeyd edək ki, play-off mərhələsinin oyunları 25-26 noyabr tarixlərində başlayacaq.

Çempionatın rəsmi saytı olan www.abl.az, üçüncü turun oyunlarının nəticələri, qrupdaki xal durumu, foto və video materialları görə bilərsiniz.

Daha ətraflı https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti