...

UEFA nümayəndələri Bakıdadırlar - Avro-2020-yə görə (FOTO)

İdman Materials 17 Noyabr 2017 14:44 (UTC +04:00)

Bakı. Trend:

2020-ci ildə 13 şəhərdə təşkil olunacaq Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələri Bakıda səfərdədir.

Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avro-2020 Ev Sahibi Ölkələr Layihələrinin rəhbəri Gillom Poysson və Fan Zonalar üzrə menecer Tomas Qloorla görüşüb.

UEFA nümayəndələrinə Avro-2020 ilə bağlı görülmüş işlər barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qitə futbol qurumunun təmsilçiləri səfər müddətində Avro-2020 zamanı yaradılacaq fan zonaların yerləşəcəyi ərazilərə də baxış keçirəcəklər.

Xatırladaq ki, Avro-2020-nin 4 oyunu (3 qrup, bir 1/4 final mərhələsi) Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti