...

"Azecolab" komandasının ABL Cup 2017/18 turnirində uğuru

İdman Materials 24 Noyabr 2017 13:02 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.
"Azecolab" komandasının ABL Cup 2017/18 turnirində uğuru

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.

Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

“Azecolab” komandası ABL Cup 2017/18 turnirinin qrup mərhələsini uğurla bitirdi. Güclü oyunçu tərkibi və düşünülmüş oyun taktikasına malik olan "Azecolab" komandası hər üç rəqibini məglub edərək, qrup liderliyini qazandı.

Yaxşı texnikaya və dəqiq zərbələrə malik, eyni zamanda meydançada əsrarəngiz oyun nümayiş etdirən oyunçu heyəti ilə izləyicilərin rəğbətini qazana bilən komandanın məşqçisi Abdulla Seydəliyevdir. Zədə alaraq payız kubokunun yarışlarında iştirak edə bilməsə də, komandanın nizamlı şəkildə məşqlərinə nəzarət edərək, dəqiq oyun strategiyalarının hazırlanmasında bilavasitə iştirak edir. Komandanın kapitanı, oyunlar zamanı heyətdə liderlik keyfiyyətləri ilə seçilən Murtuzəli Məmmədovdur. Elvin Əlizadə və Samir Bayramov komandanın hücumlarının təşkilində və rəqib qapılarına qol vurmağda böyük rol oynayırlar. Sənan Zülfüqarov, Məmməd Zeynallı cinah mövqeyində çıxış edərək, etibarlı oyun və dəqiq uzaq ötürmələri ilə hücuma böyük dəstək verirlər.

Komandanın əsas furtbolçularından sayılan, meydançada dəqiq və çevik oyunu ilə fərqlənən Tale Haqverdiyev turnirdə keçirdiyi oyunlar zamanı məhsuldar ötürmələri ilə yadda qalıb.

Oyunlar zamanı bütün mövqelərdə çıxış edən, eyni zamanda komandanın təşkili məsələlərində aktiv çıxış edən Rövşən Osmanov dəqiq ötürmələri ilə fərqlənən Elnur Rəhimov, cəld oyun sərgiləyən Rövşən Ələkbərov komandanın uğurlu çıxışları üçün əlverişli zəmin yaradırlar.

Qapıçı olaraq ən məsuliyyətli mövqeni layiqincə yerinə yetirən Toğrul Şəkərli və komandanın müdafiə mövqeyinin əsas oyunçusu Ruslan Hüseynov qrup məhələsində etibarlı və özünə inamlı oyunla yadda qalıblar.

Komanda play-off mərhələsinin oyunlarına hazırlıqlarını davam etdirir və ABL Cup 2017/18 turnirində adını qaliblər sırasına yazdırmaq iddiasındadır.

Qeyd edək ki, play-off mərhələsinin oyunları 25-26 noyabr tarixlərində başlayacaq.

Çempionatın rəsmi saytı olan www.abl.az, üçüncü turun oyunlarının nəticələri, qrupdaki xal durumu, foto və video materialları görə bilərsiniz.

Daha ətraflı https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti