...

ABL Cup 2017/18 turnirinin play-off mərhələsinin 1/8 oyunları keçirildi (FOTO)

İdman Materials 28 Noyabr 2017 13:19 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.
ABL Cup 2017/18 turnirinin play-off mərhələsinin 1/8 oyunları keçirildi (FOTO)

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.

Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

İlk oyunlar Buta Palace və City taxi komandaları, arasında baş tutub. Hər iki komanda bərabər güclə meydançada mübarizə aparıb. Bu qarşılaşmada, 2-1 hesabı ilə Buta Palace komandası üstünlük əldə edib. Buta Palace komandasının turnirə qatılarkən, onların digər komandalar üçün güclü rəqib olduqlarını qeyd etmişdirlər. Eyni zamanda: tanınmadıqları halda, Biznes-liqada iştirak zamanı, güclü və düzənli bir heyətə malik olduqlarını da nümayiş etdirəcəklərini də, vurğulamışdırlar. Buta Palace komandası, öz adını ilk dəfə keçirilən Biznes-liqanın tarixinə yazmağı bacarıb. City Taxi komandasının da, 16 komanda arasında seçilərək, yaxşı mövqedə qərarlaşmaq üçün şansı yüksəkdir.

M Group Production və Polatyol komandalarının oyunu yüksək hərarətlə, keçməsi ilə yadda qaldı. M Group Production komandasına, qarşılaşma zamanı sarı və qirmızı kartlar belə verildi.
Oyun zamanı və sonrası, meydançada hərarət yüksəkliyi aydın hiss olunurdu. Bütün bunlara baxmayaraq. Oyunun qalibi, Polatyol komandası 1-5 hesabı ilə, qələbəyə imza atdı. Qələbəni qazanmaq uğrunda, rəqiblər arasındakı oyun ərzində sürən, təzyiqə baxmayaraq, Polatyol komandası soyuqqanlı davranışı, mükəmməl oyun taktikası ilə üstünlüyü əldə etdi. Polatyol komandasının qapıçısını xüsusi ilə qeyd etmək istərdik. Vüsal Yaqubov, çox sayda zərbələri geri qaytararaq, sonda əlinin zədə alması səbəbindən oyun meydançasını tərk etməyə məcbur oldu.
Gənc komanda M Group Production ilk günlərdən, özlərini turnirin favoritləri mövqelərində göstəriblər. Qrup mərhələsində, komanda və onun nümayiş etdirdiyi oyuna maraq çox yüksək idi. Qələbə uğrundakı, mübarizədə yol verilən qayda pozuntuları komandanın ilk məğlubiyyəti üçün zəmin yaratdı. Komandanın növbəti oyunlarının necə keçəciyini, daha sonrakı həftələrdə görə biləcəyik.

Azecolab və Təmiz Şəhər komandalarının oyunu, öz növbəsində maraqlı keçib. Qayda pozuntusuna görə, Təmiz Şəhər komandasının qapıçısı oyun meydançasından kənarlaşdırıldı. Bu da oyunun gedişatında özünü biruzə verdi. Komandanın dəqiq taktikaya malik oyunu, məşqçi tövsiyələrini və vəzifələrinə riayət etməsi, onları seçmə oyunlar zamanı etibarlı qələbələrə gətirib çıxartmışdır.
Hər iki komandanın, mükəmməl oyununa baxmayaraq, qalibiyyət Azecolab komandasının hesabına yazılıb. Oyun 4-0 hesabı ilə başa çatıb. Azecolab komandası, qaydalara riayət edərək, qələbəyə yaxınlaşır. İzləyicilər tərəfindən, maraqla qarşılanan oyunlarının rəsmi saytda əks edilən statistikasında da, eynisini görmək mümkündür.

Gilan Holding və KaTv1 komandalarının oyunu da, marağa səbəb olub. Gilan Holding komandası, əzmkarlıqla mübarizə apararaq, 9-2 hesabı ilə qələbəyə imza atıb. Bir çox turnirlərdə, qələbə qazanması ilə yadda qalan Gilan Holding komandası, turnir zamanı da, güclü oyun nümayiş etdirməyə davam edir.

Azersun və İteca komandalarının qarşılaşması, Azersun komandasının, 6-1 hesablı qələbəsi liə başa çatdı. Ənənəyə sadiq qalaraq, Azersun komandasının oyunu izləyicilər tərəfindən maraqla qarşılandı. Turnirin favoritləri, Eyyub Əfəndiyev və Fərəc Fərzəliyev, həmişəki kimi mükəmməl oyunları ilə diqqət mərkəzində idilər. İteca komandası, oyun ərzində fəqrlənməyə çalışsa da, onlar üçün bu oyun rəqib komandanın qalibiyyəti ilə başa çatdı. Komandanın gələcək oyunlarını, turnirin gedişatı ərzində izləməyə davam edəcəyik.

Universal və Port of Baku komandalarının oyunu, maraqla qarşılanıb. Universal komandasının, mükəmməl oyun göstərisi, intizamlı heyəti və dəqiq ötürmələri onun qələbəyə, 7-3 hesabı ilə imza atması üçün əla zəmin yaradıb. Port of Baku komandasının, dəqiq və aqressiv oyununa baxmayaraq, bu mübarizədə qələbəni rəqib komanda qazanıb. Port of Baku, komandasına buna baxmayaraq, Biznes-liqanın güclü komandaları siyahısında qalmaqdadır.

Embawood və Muğanbank komandalarının oyunu zamanı, Muğanbank komandası 4-7 hesabı ilə qələbə qazanıb. Oyun zamanı, Muğanbank məxsusi olaraq bu turnir üçün hazırlanan, yeni formasını da, sərgiləyib. Komandanın oyununa nəzər yetirdikcə, irəliləyişi aydın şəkildə müşahidə etmək olur.
Embawood komandası oyunun ilk dəqiqələrindən, sərgilədiyi zəif oyun, komandanın məğlubiyyəti üçün şərait yaratdı. Oyun gedişatında, özlərini ələ alan heyyət üzvləri, xal fərqini azaltmağa nail oldular. Bu məğlubiyyət komandanı, turnir birinciliyindən uzaq salsa belə, komandanın turnirə ciddi yanaşması, məsuliyyəti və dəqiq oyunu ilə onların yaddaşlarda həkk olunmasının göstəricisidir.

Sonda günün ən maraqlı oyunundan, söz açmaq mütləqdir. Silk Way Group və ATL Tech komandalarının oyunu, bütün izləyicilərin marağına səbəb olub. Belə ki, oyun zamanı, meydançada hərarət yüksəkliyi, rəqibə qarşı sərgilənən kobudluq və alınan zədələr, hər iki komandanın əzmkar mübarizəsindən xəbər verir. Verilən kartlara və zədələnən oyunçulara baxmayaraq, ATL Tech komandası, mübarizəni davam etdirdi. Son dəqiqədə, komanda rəqibi məğlub edərək, qələbəni 3-2 hesabı ilə əldə etməyi bacarıb.

Komandaların, növbəti oyunları böyük səbirsizliklə gözlənilir. Qeyd edək ki, final gününə az qalıb.Hər bir komandaya yaxşı məşq etmək, zədəli oyunçulara tez bir zamanda sağalmaq və uğurlar arzu edirik.

Çempionatın rəsmi saytı olan www.abl.az-da üçüncü turun oyunlarının nəticələri, qrupdakı xal durumu, foto və video materialları görə bilərsiniz.

Daha ətraflı: https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti