...

ABL Cup 2017/18 turnirinə cəlb edilən könüllülər dəstəsi

İdman Materials 30 Noyabr 2017 15:00 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.
ABL Cup 2017/18 turnirinə cəlb edilən könüllülər dəstəsi

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.

Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

ABL Cup 2017/18 turnirinin keçirilməsi zamanı, təşkilatçı ASEP(Azfar Sport Events & Promotion) şirkəti tərəfindən könüllülər dəstəsi qismində, Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyasının tələbələri cəlb edilib. Keçirilən təlimlərdən və imtahandan sonra könüllülər dəstəsinnə, “Statist” sertifikatı təqdim edilib.

İdman oyun növləri fakultəsinin 1-ci və 2-ci kursunun futbol ixtisası üzrə təhsil alan tələbələri: Qəlbinur İsmayılov, Kamran Qasımlı, Nurəli Zülfüqarlı,Vüsal Məmmədzadə, Ömər Tanrıverdi, Emin Hacıyev idman tədbirlərinin düzənlənməsində aktiv iştirak edirlər. ABL Cup 2017/18 turnirinin oyun statistikasının aparılması kimi mühüm öhdəlikləri statistlər tərəfindən həyata keçirilir. Oyunlar zamanı, operativ və dəqiq məlumatın əks olunması üçün, ASEP(Azfar Sport Events & Promotion) şirkəti statistlərin beynəlxalq kateqoriyalı hakimlər tərəfindən təlim keçməsini prioritet məsələ kimi təyin edib. Məhz bu səbəbdən tələbələr təcrübəli hakimlər tərəfindən düzənlənən təlim məşqlərində iştirak edərək, təcrübə toplayıblar. Könüllülərin bir qismi oyunlar zamanı, meydançada statistikanın aparılması, digərləri isə komandaların qarşılanması və sairə işlərdə aktiv iştirak edirlər.

Turnir bitdikdən sonra, təşkilatı işlərdə aktiv iştirak edən könüllülər sertifikatlar, hədiyyələr və pul mükafatları ilə təltif olunacaqlar. Bu, onların gələcəkdə idman sahəsində əldə etdiyi uğurların ilk nümunəsi olaraq göstəriləcək.

ASEP (Azfar Sport Events & Promotion) şirkəti təşkilatçı olaraq, idman sahəsində bacarıqlarını püxtələşdirmək istəyən gənclərə hər zaman dəstək olur, təşkilatçısı olduğu bütün layihələrdə, idmana meyilli gənclərinin iştirakını təmin edir. Bu da Azərbaycan gəncliyinin idmana olan marağının inkişafı üçün yaradılan mükəmməl bir zəmindir.

Çempionatın rəsmi saytı olan www.abl.az-da üçüncü turun oyunlarının nəticələri, qrupdakı xal durumu, foto və video materialları görə bilərsiniz.

Daha ətraflı: https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti