...

"Iteca Caspian" komandasının ABL Cup 2017/18 turnirindəki iştirakı

İdman Materials 1 Dekabr 2017 12:18 (UTC +04:00)
"AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir.
"Iteca Caspian" komandasının ABL Cup 2017/18 turnirindəki iştirakı

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir.

Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

Azərbaycanda sərgi və konfransların lider təşkilatçısı olan "Iteca Caspian" şirkəti qrup mərhələsində 2-ci yeri tutaraq mini-futbol üzrə ABL 2017/18 Payız Kubokunun 1/8 finalına çıxıb.

Oyunçuların mütəmadi məşqləri komandanın belə bir nəticəyə nail olmasına səbəb oldu. Müxtəlif peşə sahibləri olan komanda üzvlərini hər oyunda qələbə qazanmaq məqsədi birləşdirir. Hər cümə axşamı komandanın üzvləri bir araya gələrək öz oyun bacarıqlarını təkmilləşdirirlər. Korporativ futbol oyununa şirkət rəhbərliyi də hərtərəfli dəstək verir.

Meydanda oyunçuların əlaqəli oyununa kapitan Elşən Mustafayev cavabdehdir. Komandanın bombardiri Elçin Cuvarov rəqib komandaların qapısına artıq 9 qol vurmağa nail olub.

Kəskin ötürmələri və dəqiq zərbə ilə hücumu yekunlaşdırmağı hücumçular Arif Sərxanlı, Afiq Mirzəyev və İlqar Hüseynov bacarırlar.

Turnirin əvvəlindən yarımmüdafiəçilər stabil oyun nümayiş etdirirlər. Müdafiəçilər Emil Qəmbərov, Eldar Şahnamazlı və Ruslan Şeqolkov rəqiblərin xal qazanmağına böyük cəhdlə imkan vermirlər. Öz döyüşkən keyfiyyətləri ilə qapıçılar Şöhrət Ələkbərov və Fərid Mirzəyev (ikinci qapıçı) seçilirlər. Nisbətən qısa müddət ərzində oyunçuların bu tərkibdə oynamağına baxmayaraq, komanda dinamik və layiqli oyun nümayiş etdirir.

Sevindirici haldır ki, "Iteca Caspian" şirkətinin komandası səliqəli oyun nümayiş etdirdiklərinə görə yüksək qiymətləndirilib. Xeyirli və səmərəli iş mükəmməl bir vəhdət təşkil edir, futbol oyunu isə yeni enerji mənbəyi olaraq, oyunçuların gündəlik iş fəaliyyətlərinə ötürülən bir yeni gücdür.

Kapitan Elşən Mustafayev: “Biz bacardığımız kimi oynayırıq, lakin əsas odur ki, oyundan zövq alırıq. Biz futbol meydançasında istirahət edirik. Komandalarda sadə icraçılardan tutmuş şöbə müdirləri vəzifəsində çalışan əməkdaşlara kimi var. Lakin meydanda hər birimiz bərabərik. Bütün turnir iştirakçılarına uğur arzulayırıq. Qoy güclü olan qalib gəlsin!”

Çempionatın rəsmi saytı olan www.abl.az-da üçüncü turun oyunlarının nəticələri, qrupdakı xal durumu, foto və video materialları görə bilərsiniz.

Daha ətraflı: https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti