...

AZFAR Business League – kuliminasiya yaxınlaşır: 1/4 final oyunların icmalı (FOTO)

İdman Materials 4 Dekabr 2017 16:17 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir
AZFAR Business League – kuliminasiya yaxınlaşır: 1/4 final oyunların icmalı (FOTO)

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir.

Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

2 dekabr ASEP (Asep Sport Events Promotion) şirkətinin təşkilatçısı olduğu ABL Cup 2017/18 17-32-ci yerlər uğrunda oyunlar başladı.

İlk oyun DDLAR Group və Smart System Technology komandaları arasında baş verdi. DDLAR Group komandası, rəqib qapısına bir-birinin ardınca 8 qol vurmağa nail oldu. 0-8 hesabı ilə qələbəyə DDLAR Group komandası imza atdı.

Son zamanlar Pullman komandası, meydançada aktiv oyunu ilə nəzərə çarpır. Çevik oyunu ilə komanda bu dəfə də, rəqib üzərində üstünlüyü əldə edə bildi. Pullman və Timsport komandalarının oyunu, 9-3 hesablı Pullman komandasının qalibiyyəti ilə bitdi.

Gate Baku və GT Solutions komandaları, meydançada maraqlı bir oyun sərgiləməyi bacardılar. Gate Baku komandası, rəqib komandasına 9 qol vuraraq, qələbə qazandı. Oyun 9-2, Gate Baku komandasının qələbəsi ilə başa çatdı.

Kapitalbank və VTB komandalarının arasında baş verən oyun zamanı meydançada gərginlik hiss olunurdu. Hər iki komandanın var gücü ilə mübarizə aparmasına ramən, 2-1 hesabı ilə Kapitalbank qələbə qazandı.

Norm və Bakcell komandalarının oyunu, iki rəqib komandanın bərabər əzmkarlıqla qalibiyyət uğrunda mübarizə aparması ilə yadda qaldı. Bu oyun Bakcell komandasının 1-2 hesablı qələbəsi ilə başa çatdı.

3 oyunun baş tutmaması ilə əlaqədar TreMiDa, Azergold və Deloitte komandalarına texniki qələbə verilib.

3 dekabr ABL Cup 2017/18 turnirinin ¼ final oyunları keçirildi.

İlk oyun Buta Palace və Polatyol komandaları arasında baş verdi. Daim maraqlı oyun nümayiş etdirən Buta Palace komandası, meydançada qalibiyyət uğrunda əzmlə mübarizə aparıb. Güclü rəqib Polatyol komandası, 3-6 hesab ilə qələbə qazanıb.

Təmiz Şəhər və Silk Way komandalarının qarşılaşması zamanı, Silk Way komandası 0-1 hesabı ilə üstünlüyü əldə edə bilib.

Dəqiq oyunu və güclü heyəti ilə seçilən Azecolab və ATL Tech komandası ilə oyunu zamanı, 7-1 hesabı ilə Azecolab komandası növbəti qalibiyyətinə imza atıb.

City Taxi və M Group komandalarının oyunu zamanı, meydançada əsl mübarizə sərgilənirdi. Oyunun ilk hissəsində City Taxi komandası üstünlük qazansa da, ikinci hissənin başlaması ilə vəziyyət dəyişdi. M Group Production komandası, rəqib komandasının qapılarına 4 qol endirərək, 3-4 hesabı ilə qələbə qazanmağa nail oldu.

Maraqla gözlənilən Gilan Holding və Azersun komandalarının oyunu baş tutub. Meydançada daim güclü oyun nümayiş etdirən Azersun komandası, payız kuboku uğrunda aparılan mübarizəyə bir addım da yaxınlaşdı. Azersun komandası 1-7 hesabı ilə qələbə qazandı.

KaTv1 və İteca Caspian komandalarının oyunu zamanı, hər iki komanda meydançada var gücü ilə mübarizə apardı. Oyun 2-3 hesabı ilə İteca Caspian komandasının qələbəsi ilə başa çatdı.
Universal və Muğanbank komandalarının qarşılaşması zamanı, Universal komandası rəqib komandanın qapılarına ardı-ardına 6 qol vurmağa nail olub. Oyun 6-2 hesabı ilə, Universal komandasının üstünlüyü ilə bitdi.

Port of Baku və Embawood komandalarının qarşılaşması izləyici marağına səbəb olub. Hər iki komanda oyunun son məqamlarına qədər, mübarizə aparıblar. Oyun 7-6 hesabı ilə Port of Baku komandasının qələbəsi ilə başa çatdı.

ASEP (Asep Sport Events & Promotion) şirkətinin təşkilatçısı olduğu ABL Cup 2017/18 turnirinin payız kubokunun finalına sayılı günlər qalıb. Turnirin bütün maraqlı məqamlarını hər şənbə ATV kanalında yayımlanan ABL Cup 2017/18 gündəliyinin buraxılışı zamanı izləyə bilərsiniz.

Çempionatın rəsmi saytı olan www.abl.az-da üçüncü turun oyunlarının nəticələri, qrupdakı xal durumu, foto və video materialları görə bilərsiniz.

Daha ətraflı: https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti