...

ABL Cup 2017/18 –1/4 final oyunlarının maraqlı məqamları (FOTO)

İdman Materials 5 Dekabr 2017 16:33 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir.
ABL Cup 2017/18 –1/4 final oyunlarının maraqlı məqamları (FOTO)

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir.

Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

Marağa səbəb olan Azersun və Gilan Holding komandaların oyunu, böyük hesab fərqinə baxmayaraq, çox həyacanlı və gərgin şəraitdə keçdi. Rəqiblərin bir-birinə qarşı ara-sıra kobud şəkildə davranması, sarı kartların alınmasına belə gətirib çıxartdı. Daim dəqiq oyunu ilə seçilən Azersun komandası, ikinci hissə başlamazdan əvvəl məşqçidən lazimi təlimatları alaraq, oyun taktikalarının dəqiqliyinə bir daha nəzər yetirərək hücuma keçdi. Nəticə etibarı ilə, ikinci hissə başlayar-başlamaz Gilan Holding komandasının qapılarına 6 qol vuruldu. Hesab 7-0, olacağı halda. Son dəqilərdə Gilan Holding komandasının oyunçusu Ayxan Əliyev, komandasının xeyrinə 1 qol vurmağa nail oldu. Oyun 7-1 hesabı ilə ABL Cup 2017/18 turnirinin lider lmövqeyində qərarlaşan Azersun komandasının qələbəsi ilə başa çatdı. Rəqib komandaların, növbəti keçiriləcək yaz kubokunun oyunları zamanı da, meydançada qarşılaşa biləcəkləri istisna edilmir.

Buta Palace və Polatyol komandalarının oyunu, çevik dinamikası ilə yadda qaldı. Belə ki, Buta Palace komandası meydançada əsl komanda oyunu sərgilədi. Turnirin məhz ilk günlərindən, heyyətin dəqiq və birgə oyunu, komandanın dəfələrlə qələbələyə imza atmağına səbəb olub. Rəqib komandasının qapılarına 3 qol vurmağa nail olan komanda, qələbə uğrunda sözün əsl mənasında mübarizə apardı. Polatyol komandası mükəmməl oyun taktikası ilə güclü rəqib komanda üzərində 3-6 hesabı ilə üstünlük əldə edə bilib. Keçən oyun zamanı zədə almasına baxmayaraq, komandanın qapıçısı Vüsal Yaqubov, öz əmin oyunu ilə seçilib. İki güclü komandanın qarşılaşması olduqca maraqlı və həyacanlı keçib.

Azecolab və ATL Tech komandalarının oyunu zamanı, Azecolab komandası rəqib komandanın qapılarına ardı-ardına 7 qol vurmağa nail olub. İlk hissədə, ATL Tech komandası aktiv oyun göstərməyə cəhd etsə də, ikinci hissədə qapıçı əvəzlənməsi etdikdən sonra, qapıya endirilən qolların qarşısını ala bilmədi. Bu da, komandanın əsas oyunçularının keçmiş oyunlar zamanı aldığı zədələr ilə əlaqədar ola bilər. Komandanın yaz kubokunda daha da, mükəmməl oyun nümayiş etdirmək üçün çox böyük imkanları vardır. Azecolab komandasına gəldikdə isə, komanda dəqiq oyun taktikası və güclü heyyəti ilə qələbəyə doğru əminliklə irəliləyir. ¼ final oyunları zamanı Azecolab komandası, rəqibi ATL Tech komandasına 7-1 hesabı ilə qalib gəlməyi bacarıb.

Universal və Muğanbank komandalarının oyunu da, öz maraqlı məqamları ilə diqqətdən yayınmayıb. Daim rəqiblərinə qalib gələrək, meydançada dəqiq, çevik oyun nümayiş etdirən komanda, özünü turnirin favorit komandalarında biri kimi təsdiqləyə bilib. Muğanbank komandasının ilk oyunlarına nəzər yetirsək, hər dəfə daha da, püxtələşmiş oyun sərgiləyən bir komanda olduğunu görmək mümkündür. İlk hissə ərzində meydançada ki, vəziyyət sabit olsa da, ikinci hissədə Universal komandası rəqib komandanın qapılarına 6 qol endirməyə nail olub. Beləliklə Universal və Muğanbank komandalarının oyunu, 6-2 hesabı ilə Universal komandasının qələbəsi ilə başa çatıb.

Hər zaman olduğu kimi aktiv oyunu ilə meydançada seçilən oyunçuları da, qeyd etmək lazımdır. Azersun – Eyyub Əfəndiyev, Fərəc Fərzəliyev, Amid Cəfərov, Universal – Cavid İsmayılov, Gilan Holding- Ayxan Məmmədov və Emin Əliyev, Azecolab-Elvin Əlizadə və Toğrul Şəkərli.

Beləliklə ¼ final oyunlarının nəticələri yekunlaşdı. Yarımfinal oyunları zamanı meydançada Azersun-Universal, Azecolab-Polatyol komandaları qarşılaşacaqlar. Oyunlar bazar günü Azfar Group meydançalarında keçiriləcək.

Çempionatın rəsmi saytı olan www.abl.az-da üçüncü turun oyunlarının nəticələri, qrupdakı xal durumu, foto və video materialları görə bilərsiniz.

Daha ətraflı: https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti