...

Gimnastikanın üç növü üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb (FOTO)

İdman Materials 7 Dekabr 2017 18:44 (UTC +04:00)
Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi və tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına başa çatıb
Gimnastikanın üç növü üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi və tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb.

Trend-in məlumatına görə, yarışların ikinci günündə akrobat və aerobika gimnastları çıxış edib.

Qeyd edək ki, yarışların ilk günündə balacalar, uşaqlar, yeniyetmələr və böyüklər yaş kateqoriyasına daxil olan kişi, qadın və qarışıq cütlüklərdə, eləcə də qadın və kişi qruplarında iştirak edib. Birinci gün həmçinin 3 müxtəlif yaş qruplarında idmançılar akrobatika cığırında çıxış edib.

Turnirdə Nizami rayonu idman məktəbi, Bakı Gimnastika Məktəbi, Ocaq Sport və Neftçi Klublarının idmançıları iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti