...

AZFAR Biznes Liqanın yarımfinal oyunları (FOTO)

İdman Materials 12 Dekabr 2017 16:33 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir.
AZFAR Biznes Liqanın yarımfinal oyunları (FOTO)

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri davam edir.

Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

Həftənin bazar günü, Azfar Group meydançalarında, ABL Cup 2017/18 turnirinin yarımfinal oyunları keçirildi. Yarımfinala vəsiqə qazanan komandalar Polatyol-Azecolab, Azersun-Universal bu dəfə finala qatılmaq üçün öz güclərini sınadılar.

Azecolab komandası güclü rəqibinə qalib gəlməyə nail oldu. Oyunun ilk anlarından, qarşılaşmanın maraqlı keçəcəyi hiss olunurdu. Çünki hər iki komanda bu günə qədər meydançada daim maraqlı və güclü oyun nümayiş etdirib. Azecolab komandasının yetəri qədər güclü heyyətə malik olması heç kəs üçün sirr deyil. Dəqiq və çevik oyunu ilə fərqlənən Taleh Haqverdiyev, Elvin Əlizadə, Samir Bayramov meydançada maraqlı oyun nümayiş etdirərək, daim izləyici marağına səbəb olmağa nail olublar.

Polatyol komandasının oyunu da, daim qələbə uğrunda apardığı mübarizədə aşkar olundu. Polatyol komandasının hər dəfə, meydançada qarşılaşdığı rəqibləri son dəqiqələr ərzində üstələməyə nail olaraq, yarımfinala qədər yüksəlməyə bacarıb. Finala vəsiqə qazanmaq uğrunda keçirilən oyunlar belə buna əyani sübutdur. Komanda son dəqiqələrə qədər, rəqibə cavab olaraq ardı-ardına vurulan qolları, cavabsız buraxmayıb və meydançada layiqincə mübarizə aparıb. İki güclü komandanın oyunu maraqla izləndi, amma finala Azecolab komandası 7-4 hesabı ilə vəsiqə qazana bilib.
Azersun komandası turnirin ilk günlərindən qələbə qazanmağa iddialı bir komanda kimi, hər dəfəsində meydançadan qalib olaraq ayrılıb. Universal komandası ilə oyunu zamanı da, rəqiblər arasında gərginlik nəzərə çarpırdı. Hər iki komanda qələbə uğrunda, sözün əsl mənasında mübarizə aparırdı. Oyun zamanı verilən kartlar, rəqiblərin bir-birinə qarşı yönəldilən kobud rəftarı, hakimlərin və komanda məşqçilərinin sayəsində səngidi. Rəqib komandalar, turnirin ilk günlərindən liderlik mövqelərini paylaşıblar və özlərini güclərini dəfələrlə təsdiq ediblər. Bu oyun ərzində Azersun komandası, mükəmməl oyun taktikası ilə Universal komandası üzərində üstünlüyü əldə etməklə, qələbələri siyahısına daha birini əlavə edə bildi.

Beləliklə Azersun və Azecolab komandaları ABL Cup 2017/18 turnirinin finalına vəsiqə qazandılar.
Yaxın günlərdə turnirin rəsmi saytında oyunların cədvəli yerləşdiriləcək. Turnirin təşkilatçısı ASEP şirkəti, final günü oyunlarını, xüsusi olaraq tamaşaçı oturacaqları ilə təchiz edilən stadionda keçirməyi planlaşdırır. Payız kubokunun final oyunlarının tarixi tezliklə müəyyən ediləcək.

Çempionatın rəsmi saytı olan www.abl.az -da üçüncü turun oyunlarının nəticələri, qrupdakı xal durumu, foto və video materialları görə bilərsiniz. Daha ətraflı: https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti