...

17 dekabr ABL Cup 2017/18 turnirinin payız kubokunun final oyunları keçiriləcək

İdman Materials 14 Dekabr 2017 11:20 (UTC +04:00)
Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri başa çatır.
17 dekabr ABL Cup 2017/18 turnirinin payız kubokunun final oyunları keçiriləcək

Bakı. Trend:

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə "AZFAR Business League - ABL Cup 2017/18" korporativ turniri başa çatır.

Trend-in məlumatına görə, belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

17 dekabr saat 19:00-da, Bakı Tennis Akademiyasında ABL Cup 2017/18 turnirinin payız kubokunun 3-cü yer uğrunda və final oyunları keçiriləcəkdir. Final oyunu bitdikdən sonra Biznes-liqanın qaliblərinin mükafatlandırma mərasimi baş tutacaq. Turnirə böyük marağın olduğunu nəzərə alaraq, final və 3-cü yer uğrunda oyunların keçirilməsi üçün tamaşaçı yerləri olan arena seçilmişdir. ABL Cup 2017/18 turnirinin təşkilatçısı ASEP (Azfar Sport Events & Promotion) şirkətini Biznes-liqa iştirakçıları olan komandaları və azərkeşləri oyunları izləməyə dəvət edir.

Qeyd edək ki, 3-cü yer uğrunda mübarizə Polatyol və Universal, final oyunu isə Azecolab və Azersun komandaları arasında aparılacağdır.

Oyunlar ATV kanalı tərəfindən lentə alınacaqdır. Biznes liqanın bütün məqamlarını turnirin facebook səhifəsində, youtube kanalında və rəsmi saytında www.abl.az daha ətraflı şəkildə izləyə bilərsiniz.
ABL Cup 2017/18 turnirinin izləyiciləri üçün final oyunlarına giriş saat 18:30-dan etibarən olacaqdır. Oyunlar Bakı şəhəri, Binəqədi r-nu, 8-ci mk-n, İbrahimpaşa Dadaşov, 157 ünvanında yerləşən Bakı Tennis Akademiyasında keçiriləcək.

Çempionatın rəsmi saytı olan www.abl.az -da üçüncü turun oyunlarının nəticələri, qrupdakı xal durumu, foto və video materialları görə bilərsiniz. Daha ətraflı: https://www.facebook.com/ablcup/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti