...

Azərbaycan idmançıları "Bodrum Kış Trofesi" yarışlarında iştirak ediblər (FOTO)

İdman Materials 8 Yanvar 2018 16:28 (UTC +04:00)
Azərbaycan Yelkənli İdman Fderasiyasının üzvləri "Bodrum Kış Trofesi" yarışlarında iştirak ediblər.
Azərbaycan idmançıları "Bodrum Kış Trofesi" yarışlarında iştirak ediblər (FOTO)

Bakı. Trend:

31 Dekabr – 7 yanvar tarixlərində Bodrum şəhərində yelkən düşərgəsinə qatılan Azərbaycan Yelkənli İdman Fderasiyasının (SFA) “Optimist” sinfi üzrə komandanın 8 üzvü, “Laser” sinfi üzrə komandanın 3 üzvü, 2 nəfər məşqçi, 2 nəfər məşqçi yardımçısı və bir nəfər heyət rəhbəri Türkiyə Yelkən Federasiyasının təşkil etdiyi "Bodrum Kış Trofesi" yarışlarında iştirak ediblər.

Azərbaycan Yelkənli İdman Fderasiyasından Trend-ə verilən məlumata görə, 4 gün boyunca orta hesabla 5 saat dənizdə qalaraq sıx şəkildə çalışan idmançılarımız yarışlarda Azərbaycanı təmsil edib.

Yarışlarda 17 ayrı yelkən klublarından və 3 ölkədən qatılan idmançılar iştirak ediblər.

Bodrum yelkən düşərgəsində iştirak edən yelkənçilər:

Optimist sinfi üzrə:

1. Allahverdi Murad
2. İsmayılov Murad
3. İsmayılova Ömər

4. Kərimov İsmayıl
5. Hacı-Zadə Murad
6. Kərimova Kristina
7. Babayeva Ayla
8. Ağazadə Fidan

Laser Sinfi üzrə:

9. Məməmdazadə Fədir
10. Ammar Hatim
11. Orucov Rafiq

Algon Giorgianni Burcu - Heyətin Rəhbəri
Subaşı Tuğçe - Laser Sinfi üzrə məşqçi
Yıldız Seyhun - Optimist Sinfi üzrə məşqçi
Knyazev Aleksandr - Köməkçi məşqçi
Vilyayev Anton - Köməkçi məşqçi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti