Bakı. Trend:
Braziliyanın "Qremio" futbol klubunun yarımmüdafiəçisi Artur Ramos "Barselona"ya keçməyə yaxındır.
Trend-in məlumatına görə, bunu "Qremio"nun prezidenti Romildo Bolzan deyib.
O qeyd edib ki, hər şey yekun mərhələdədir: "Sənədləri imzalamaq qalır, bundan sonra transfer həyata keçiriləcək. Düşünürəm ki, bütün məsələlər yaxın günlərdə həll olunacaq".
21 yaşlı A.Ramosun 40 milyon avro qarşılığında növbəti mövsümdən İspaniyanın "Barselona" komandasına qoşulacağı gözlənilir.