F1 simulyator çempionatının qalibi Quba məktəblisi olub (FOTO)

F1 simulyator çempionatının qalibi Quba məktəblisi olub (FOTO)

Bakı. Trend:

Dənizkənarı bulvarda Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı əsasında regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının final yarışı baş tutub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Trend-ə verilən məlumata görə, gərgin mübarizə şəraitində keçən yarışda Quba rayonunu təmsil edən şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov 1 dəqiqə 46 saniyə ilə (1:46:070) ən sürətli nəticə göstərərək regionların çempionu ünvanına yiyələnib.

Yarışda bütün rəqiblərini üstələyən F.İslamov qalibiyyəti haqqında deyib: “Regional qaliblərlə mübarizə aparmaq mənim üçün çox çətin oldu. Rayonda baş tutmuş ilk yarışda bu qədər həyəcan və çətinlik yaşamamışdım. Ancaq bu gün yarışdan əvvəl keçirilmiş sınaq yürüşlərində iştirak edərək finala ciddi hazırlaşdım. Rəqiblərimi qabaqlayaraq regionların çempionu adını qazandığım üçün çox sevincliyəm.

Bu çempionat mənə çox şey qazandırdı. Həm yol hərəkəti qaydaları haqqında məlumatlandırdı, həm də avtoidmana, xüsusən də Formula 1-ə böyük maraq və həvəs oyatdı.

Bundan başqa, yarışdan bir gün əvvəl Bakıda bir sıra gəzməli-görməli yerlərdə, o cümlədən İçərişəhər və Heydər Əliyev Mərkəzində olduq, paytaxtımızı daha yaxından tanıdıq. Fürsətdən istifadə edərək bizə bu gözəllikləri yaşatdıqları üçün təşkilatçılara dərin minnətdarlığımı bildirirəm.”

Qeyd edək ki, final yarışında Qaxı Aqşin Əhmədov, Mingəçeviri Xası İsgəndərli, Füzulini Hüseyn Eyvazov, Şirvanı Gülağa Abdullayev və Lənkəranı Azər Məmmədli təmsil edib.

Yarışın sonunda bütün regional qaliblərə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yerli sahibkarlığa dəstək məqsədilə “İSMA” şirkətinin istehsal etdiyi velosiped və müvafiq aksesuar dəsti verilib. Bundan başqa, regionların çempionuna isə əlavə olaraq 2018 Formula 1 Azərbaycan Qran Prisi üçün tribunaya 2 nəfərlik 4 günlük bilet təqdim olunub.

Yarışdan sonra final iştirakçıları BŞH-nin ofisini ziyarət ediblər. Burada məktəblilər Formula 1 Azərbaycan Qran Prisinin Könüllülük və Marşallıq proqramları ilə tanış oldular və onlara proqram təmsilçiləri tərəfindən dəyərli hədiyyələr verilib.

Layihənin təşkilatçılarından olan BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai simulyatorda F1 çempionatının gözləniləndən daha yaxşı keçdiyini bildirib: “İlk dəfədir ki, belə bir layihə keçirirdik. Regionlarda bu çempionata gözlədiyimizdən daha böyük maraqla qarşılaşdıq. Yuxarı sinif şagirdləri böyük həvəslə seminar və yarışlarda iştirak etdilər, həm maarifləndilər, həm də əyləndilər.

Region sakinləri də bu həyəcana qoşuldular, Formula 1 haqqında ətraflı məlumat əldə etməyə çalışdılar. Bir sözlə, çempionat yüksək səviyyədə reallaşdı və deyə bilərəm ki, bu layihə ilə biz qarşıya qoyduğumuz məqsədə tam nail olduq”.

Azərbaycanda ilk dəfə keçirilən Formula 1 simulyator çempionatı fevralın 19-dan martın 19-dək davam edib. Çempionatda 6 regionun – Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın şəhər məktəblilərinin 9-11-ci sinif şagirdləri iştirak ediblər.

Ümumilikdə 1200-dək məktəbli həm AAF mütəxəssisləri tərəfindən yol hərəkətinin təhlükəsizliyi qaydalarına dair verilən seminarlara qatılıb, həm də yarışda mübarizə aparıb. Bununla yanaşı, region sakinləri də simulyatorda Bakı Şəhər Halqasında F1 bolidi sürmək imkanına sahib olublar.

"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
"WhatsApp" tənqidlərə görə yeni qaydaların tətbiqini təxirə saldı
3 mindən çox ödəniş terminalı yeni əsginaslara uyğunlaşdırılacaq
3 mindən çox ödəniş terminalı yeni əsginaslara uyğunlaşdırılacaq
Global Technology Services şirkəti “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” prosesini dəstəkləyir
Global Technology Services şirkəti “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid” prosesini dəstəkləyir
Loading Bars
Xəbər lenti
Filippin Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb
Hirkan Milli Parkında baş verən yanğın lokallaşdırıldı
Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib
Britaniyada son sutkada koronavirusdan 1295 nəfər ölüb
Zabratda qamışlıq ərazidə baş verən yanğın söndürülüb
Türkiyənin vitse-prezidenti COVID-19-a qarşı peyvənd olunub
Dövlət Yol Polisi: Müvafiq icazəsi olmayan şəxslər keçid postlarından buraxılmayacaqlar
Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı - Deputat
Gimnastlarımız “Fəxri idman ustası” adına layiq görüldü
Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib
Göyçay rayonunda ev yanıb
Şamaxı rayonunda yaşıllıqların sahəsi daha da genişləndirilir (FOTO)
Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi təmin edilib (VİDEO)
Ötən il Azərbaycanın neft məhsulları ixracı artıb
Azərbaycanda 650 nəfər COVID-19-dan sağalıb, 402 nəfər yoluxub, 15 nəfər vəfat edib
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib (FOTO)
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi zəfəri: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (FOTO)
Bakıda qar yağacaq, yollar buz bağlayacaq
“BakuBus”un rəhbəri vəzifəsindən azad edilib
Azərbaycan nefti ucuzlaşır
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Rusiyada koronavirusdan ölənlərin sayı 65 mini keçib
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Azad olunan ərazilərdə tütünçülüyün inkişafı müzakirə edilib (FOTO)
Azad olunmuş ərazilərimizdə yeni yolların, aeroportların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir - Deputat
Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb (FOTO/VİDEO)
Polis Yardımlıda əməliyyat keçirdi, keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlandı
Hindistanda dünyanın ən kütləvi peyvəndləməsi başlayıb
Məktəblərlə bağlı gələn həftə qərar veriləcək
Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir – Şahmar Mövsümov
Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB
Kəlbəcər rayonunun Hacıkənd kəndi (FOTO/VİDEO)
Vaksin seçimində əsas meyar təhlükəsiz və effektlivliyidir - Səhiyyə Nazirliyi
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Azərbaycana 2 milyon doza Sinovac vaksini gətirilib
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Bəzi ölkələrdən diri heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb
Əsas məqsəd azad edilmiş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizəmiz də davam edir – Şahmar Mövsümov
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur
Birinci bu şəxslər peyvənd olunacaq - CƏDVƏL
Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi
Gəncədə COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir (FOTO)
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq - Şahmar Mövsümov
Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB
Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib - Prezidentin köməkçisi (ƏLAVƏ OLUNUB)
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu (VİDEO)
Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Bir gündə cinayət törədən 45 nəfər saxlanılıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunmur
Metronun qapalı qalması və ictimai nəqliyyatın həftəsonu işləməməsi ilə bağlı qərar qüvvədə qalır
Bu tarixdən kafe və restoranlar işləyə biləcək - Operativ Qərargah
Bu sahələrin fəaliyyəti bərpa olunur
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldılır
"Twitter"in işində qüsurlar yaranıb
TAP-ın buraxılış gücü artırıla bilərmi?
260 qaziyə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib (FOTO)
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb
Bütün xəbərlər