...

DK-2018: sərbəst güləş yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda

İdman Materials 3 Aprel 2018 11:25 (UTC +04:00)
7-8 aprel 2018-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.
DK-2018: sərbəst güləş yığmamız Rusiya, Kuba və Qazaxıstanla eyni qrupda

Bakı. Trend:

7-8 aprel 2018-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün Dünya Güləş Birliyinin mənzil qərargahında yarışın püşkatma mərasimi keçirilib.

Yığma komandamız Kuba, Qazaxıstan və Rusiya idmançıları ilə B yarımqrupunda mübarizə aparacaq. ABŞ, İran, Gürcüstan və Yaponiya komandaları isə A yarımqrupunda yarışacaq.

Yığmamız aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığmamız iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti