...

Azərbaycan gimnastı tamblinq üzrə Avropa Çempionu oldu (FOTO)

İdman Materials 15 Aprel 2018 16:25 (UTC +04:00)
Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatında tamblinq yarışlarında qızıl medal qazanıb
Azərbaycan gimnastı tamblinq üzrə Avropa Çempionu oldu (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə XXVI Avropa çempionatında tamblinq yarışlarında qızıl medal qazanıb.

Trend-in məlumatına görə, finalda Malkin 77,400 toplayıb.

Danimarkalı gimnast Rasmus Steffensen 77,000 bal toplayaraq ikinci yerə, Rusiyalı Vadim Afanasyev isə 76,300 bal toplayaraq üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, bu gün hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Azərbaycanı yarışlarda kişilər arasında sinxron cütlük - İlya Qrişunin və Ruslan Ağamirov, qadınlar arasında isə Svetlana Makştareva və Veronika Zemlyanaya təmsil edir.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən çox idmançı iştirak edir.

Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti