...

Baş məşqçi: Biz hamımız Mixail Malkinin qızıl medal qazana biləcəyini gözləyirdik

İdman Materials 15 Aprel 2018 23:03 (UTC +04:00)
Biz hamımız Mixail Malkinin qızıl medal qazana biləcəyini gözləyirdik
Baş məşqçi: Biz hamımız Mixail Malkinin qızıl medal qazana biləcəyini gözləyirdik

Bakı. Trend:

Biz hamımız Mixail Malkinin qızıl medal qazana biləcəyini gözləyirdik.

Bunu Trend-ə Azərbaycanın tamblinq üzrə yığmasının baş məşqçisi Adil Hüseynzadə deyib.

Xatırladaq ki, Azərbaycan gimnastı Mixail Malkin Bakıda keçirilən Avropa Çempionatında tamblinq üzrə qızıl medal qazanıb.

Baş məşqçi bildirib: "Açığı, hamımız gözləyirdik ki, Mixail Malkin qızıl medal qazana bilər, çünki onun çox yaxşı texnikası və icrası var. O özü özü ilə yarışıb, əgər o, proqramını bacardığı kimi edirsə, o zaman əlbəttə qalib gəlməlidir. Nəyə goğru gedirdiksə - hər şeyə nail olduq".

Azərbaycan yığmasının tamblinq üzrə baş məşqçisi idmançıları qələbəyə kökləməyi barədə də danışıb: "Mən ona deyirəm ki, sən ən yaxşısan, inan buna, lakin o özüdə bunu bilir. Bu gün yanlnız Mixailin həyacan ilə bacarmasına görə həyəcanlanırdım".

Adil Hüseyinzadə vurğulayıb ki, bütün xarici qonaqlar Bakıda Çempionatın təşkilatından heyrandılar: "Xarici qonaqların hər şey xoşuna gəlir, bizim yarışlar hamısından fərqlənir. Hamı heyran qalıb, hətta çoxları belə olacağını gözləmirdi".

Xəbər lenti

Xəbər lenti