...

Yeniyetmə gimnastımız Macarıstanda bürünc medal qazandı

İdman Materials 23 May 2018 10:47 (UTC +04:00)
Yeniyetmə gimnastımız Macarıstanda bürünc medal qazanıb.
Yeniyetmə gimnastımız Macarıstanda bürünc medal qazandı

Bakı. Trend:

Ötən həftə sonu Macarıstanın Kişkunfeledxaza şəhərində qadın idman gimnastikası üzrə beynəlxalq turnir baş tutub.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yeniyetmələr proqramında ölkəmizi təmsil edən Samirə Qəhrəmanova öz həmyaşıdları arasında uğurlu çıxışı ilə fərlənib. Belə ki, gimnastımız dayaqlı tullanma proqramında 12.450 xal toplayaraq turnirin bürünc mükafatına layiq görülüb.

Çoxnövçülükdə isə təmsilçimiz 21 iştirakçı arasında 6-cı yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti