...

BMX üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb

İdman Materials 4 İyun 2018 18:35 (UTC +04:00)
Sabah Bakıda dünya çempionatı başlayır
BMX üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb

Bakı. Trend:

Sabah Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı start götürəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, veloparkda (Şıxov) keçiriləcək mötəbər yarışda planetin 43 ölkəsinin 1500-dən artıq idmançısı mübarizə aparacaq.

Proqrama əsasən iyunun 5-i, saat 09:30-da çempionatın rəsmi açılış mərasimi başlayacaq. Daha sonra “Challenge” kateqoriyasında yarışan kiçik yaşlı yeniyetmələrin mübarizəsinə start veriləcək.

Dünya çempionatında Azərbaycan 8 idmançı ilə təmsil olunacaq. “Challenge” kateqoriyasında yarışacaq velosipedçilərimizdən Xəyal İbrahimov, Soltan İsrafilov və Justinas Pavlovas mübarizəyə iyunun 6-da qoşulacaqlar. İyunun 7-də Orxan Məmmədov, Vüqar Nəsibov, Kənan Babayev və Yelmar Şahmarzadə çıxış edəcəklər. Elit kateqoriyasında yarışacaq Aqşin İsmayılov isə iyunun 8-də start xəttinə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti