Bakı. Trend:
Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsi davam edir.
Trend-in məlumaıtna görə, növbəti oyun "E" qrupu çərçivəsində baş tutub, Kosta-Rika və Serbiya komandaları qarşılaşıb. Oyun Samara şəhərində, "Samara Arena" stadionunda keçirilib.
Oyun serblərin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu 57-ci dəqiqədə cərimə zərbəsindən Serbiya millisinin kapitanı, müdafiəçi Aleksandr Kolarov vurub.
Qrup çərçivəsində növbəti oyun Bakı vaxtı ilə 22:00-da keçiriləcək. Rostov-Na-Don şəhərinin "Rostov Arena" meydanında Braziliya və İsveçrə komandaları görüşəcək.