...

Karateçimiz Xorvatiyada beynəlxalq turnirin qalibi olub (FOTO)

İdman Materials 7 İyul 2018 13:44 (UTC +04:00)
21 yaşadək milli komandanın üzvü Murad Hacızadə (+84) Xorvatiyada Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda turnirin qalibi olub.
Karateçimiz Xorvatiyada beynəlxalq turnirin qalibi olub (FOTO)

Bakı. Trend:

21 yaşadək milli komandanın üzvü Murad Hacızadə (+84) Xorvatiyada Dünya Karate Federasiyasının (WKF) Kuboku uğrunda turnirin qalibi olub.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın son günü tatamiyə çıxan digər idmançımız Fidan Teymurova (-50 kq) isə təsəlliverici görüşlərə qatılsa da, bürünc medal uğrunda həlledici qarşılaşmanın sonuna yaxın qələbəni əldən verib.

Bir gün əvvəl turnirdə Roman Heydərov (kata) qızıl medala, Hüseyn Alıyev (-67 kq) isə bürünc mükafata sahib olub. Bununla da karateçilərimiz nüfuzlu yarışı iki qızıl və bir bürünc medalla başa vurub.

Turnirdə 68 ölkəni 1340 idmançı təmsil edib.

6-8 iyul tarixlərində WKF-in Karate1 Gənclər Liqasında iştirak edən seçmə komandanın digər üzvləri Hüseyn Hüseynzadə (+70 kq), Xəqan Həsənov (-61 kq), Bəxtiyar Rzayev (-68 kq), Musa Sarızadə (+68 kq), Mədinə Sadıqova (-53 kq), Fərid Ağayev (-70kq), Tale Yaqubov (-63 kq) və Fidan Dadaşova (-47 kq) növbəti günlərdə mübarizəyə qatılacaq.

İkinci dəfə keçirilən Liqa turnirində 74 ölkədən 1874 idmançı iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti