Bakı. Tural Turan - Trend:
Superkubok uğrunda matçda “Feyenord” və “PSV” klubları üz-üzə gəlib. Trend-in məlumatına görə, əsas vaxtda komandalar heç-heçə oynayıblar.
Oyun sonrası penalti zərbələrində “Feyenord” rəqibindən daha üstün olub. Qeyd edək ki, ilk dəfə olaraq oyun sonrası penalti zərbələri 1-2-2-1 sxemi ilə vurulurdu. Birinci komandanın zərbəsindən sonra ikinci komanda ardıcıl olaraq iki zərbə endirirdi.
Xatırladaq ki, “PSV” komandasını Mark van Bommel, “Feyenord”u isə Covanni van Bronkhorst çalışdırır.