Bakı. Trend:
Ötən gün UEFA Millətlər Liqası turnirində Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.
Trend-in məlumatına görə, səfərdə Farer adaları yığması ilə qarşılaşan komandamız rəqibini 3:0 hesabı ilə məğlub edib. Riçard Almeydanın dubl etdiyi oyunda millimizin digər qolunu Dmitri Nazarov vurub.
Komandamız növbəti oyununu oktyabrın 14-ü saat 20:00-da Bakı Olimpiya Stadionunda Malta millisinə qarşı keçirəcək.