Bakı. Tural Turan - Trend:
16-cı turun mərkəzi qarşılaşmasında “Spartak” Moskvada “Lokomotiv”i qəbul edib. Trend-in məlumatına görə, “Spartak” qonaq komandanı 2:1 hesabı ilə məğlub edib.
Oyunda “Spartak”ın kapitanı Denis Qluşakov 5-ci dəqiqədə hesabı açıb. 37-ci dəqiqədə Luis Adriano hesabı artırıb – 2:0. 67-ci dəqiqədə “Spartak”ın müdafiəçisi Rasskazov qırmızı vərəqə alaraq meydandan qovulub. 2 dəqiqə sonra Smolov penalti zərbəsini vursa da, qol vura bilməyib. 79-cu dəqiqədə “Lokomotiv”in vinqeri Farfan hesab arasında fərqi minimuma endirib. Bundan sonra oyunda qol vurulmayıb.
Hazırda hər iki komandanın 25 xalı var və 4-5-ci yerləri bölüşürlər.