...

"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub

İdman Materials 21 Aprel 2019 00:25 (UTC +04:00)
İtaliyanın "Yuventus" futbol klubu ardıcıl olaraq 8-ci dəfə İtaliyanın çempionu olub.
"Yuventus" vaxtından əvvəl İtaliya çempionu olub

Bakı. Trend:

İtaliyanın "Yuventus" futbol klubu ardıcıl olaraq 8-ci dəfə İtaliyanın çempionu olub.

Trend-in məlumatına görə, İtaliya Çempionatının 33-cü turunda "qoca senyora" öz meydanında "Fiorentina"ya 2:1 hesabı ilə qalib gəlib və vaxtından əvvəl çempion adını qazanıb.

"Yuventus"un heyətindən Aleks Sandro (37-ci dəqiqə) fərqlənib, "Fiorentina"dan isə Nikola Milenkoviç (6-cı dəqiqə) və öz qapısına qolu vuran Herman Pesselya (53-cü dəqiqə) fərqləniblər.

Yuventus 87 xal toplayıb və çempionatın bitməsinə 5 tur qalmış onun izləyicisi "Napoli" (67 xal) üçün əlçatmaz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti