...

PwC Azərbaycan marşalları “2019 Formula 1 Azərbaycan Qran Prisində” iştirak edib (FOTO)

İdman Materials 1 May 2019 10:20 (UTC +04:00)
Bu il PwC Azərbaycan marşalları Bakı Şəhər Halqasının ən həyəcanlı və məsuliyyətli sektorlarından biri olan əfsanəvi 1-ci sektorda iştirakının dördüncü ilini qeyd edib.
PwC Azərbaycan marşalları “2019 Formula 1 Azərbaycan Qran Prisində” iştirak edib (FOTO)

Bakı. Trend:

Bu il PwC Azərbaycan marşalları Bakı Şəhər Halqasının ən həyəcanlı və məsuliyyətli sektorlarından biri olan əfsanəvi 1-ci sektorda iştirakının dördüncü ilini qeyd edib.

42 marşaldan ibarət PwC komandası trekdə birgə çalışaraq, yüksək perfomans və komanda ruhu nümayiş etdirib.

Bundan əlavə, “PwC Azərbaycan”ın iki üzvü Rəna Rzayeva və Namiq Hacıyev “2019 Azərbaycan Qran Prisinin” uğurlu keçməsinə öz töhfəsini verib: Rəna baş müşahidəçi, Namiq isə yarışdan əvvəl avtomobillərin texniki yoxlaması üzrə mütəxəssis qismində iştirak edib:

PwC Azərbaycan üzrə İdarəedici Partnyor Mövlan Paşayev bildirib: "Bu təcrübə şəxsi inkişaf üçün böyük fürsət olmaqla yanaşı, real həyatda dəyərləri və davranışları tətbiq etməyimizi təzahür etdirir. Burada biz çevik hərəkət etməli və tez qərar verməli, vəziyyəti düzgün dəyərləndirməli, bir-birimizə qayğı göstərməli və mümkün variantları yenidən düşünməliyik. Formula 1 yeni bacarıqları öyrənməyə və komanda daxilində bir-birimizi daha yaxından tanımağa şərait yaratdığına görə biz bu yarışlarda iştirakımızı növbəti illərdə də davam etdirəcəyik".

“2019 Formula 1 Azərbaycan Qran Prisində” komandanın göstərdiyi yüksək performans və enerji həm yerli, həm də beynəlxalq F1 rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

PwC təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 250,930 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələlər haqqında daha ətraflı məlumat üçün: www.pwc.com/az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti