...

Batut və tamblinq üzrə Bakı çempionatı və birinciliyində bir neçə kateqoriya üzrə qaliblər müəyyənləşib

İdman Materials 6 İyun 2019 18:05 (UTC +04:00)
Batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyində “balacalar” və “uşaqlar” yaş kateqoriyasında qaliblər müəyyənləşib.
Batut və tamblinq üzrə Bakı çempionatı və birinciliyində bir neçə kateqoriya üzrə qaliblər müəyyənləşib

Bakı. Cani Babayeva - Trend:

Batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyində “balacalar” və “uşaqlar” yaş kateqoriyasında qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, batut gimnastikası üzrə “balacalar” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Səbuhi Süleymanlı (69.315 xal), ikinci yeri Əli Rzayev (67.930 xal) tutub. Hər iki idmançı Bakı gimnastika məktəbinin təmsilçiləridir.

Batut gimnastikası üzrə “uşaqlar” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda ən yaxşı nəticəni Ammar Baxşəliyev (88.595 xal, Bakı gimnastika məktəbi) göstərib, ikinci yerdə Furqan Musayev (78.000 xal, "Ocaq Sport" klubu), üçüncü yerdə Rauf Mikayıllı (77.810 xal, Bakı gimnastika məktəbi) qərarlaşıb.

Batut gimnastikası üzrə “uşaqlar” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda Səma Cəfərova (78.260 xal, Bakı gimnastika məktəbi) birinci yeri tutub. Məryəm Mehrəliyeva (73.150 xal, Bakı gimnastika məktəbi) ikinci, İnci Quliyeva (71.005 xal, "Ocaq Sport" klubu) üçüncü olub.

Tamblinq üzrə “uşaqlar” yaş kateqoriyasında kişilər arasında fərdi proqramda birinci yeri Adəm Rüstəmzadə (39.400 xal) qazanıb, ikinci yeri Əliəkbər Hadi (39.000 xal) və Xətai Hümbətov (39.000 xal) bölüşüblər. Rəsul Rəhimzadə (38.700 xal) isə üçüncü olub. İdmançılar Bakı gimnastika məktəbinin təmsilçiləridir.

Tamblinq üzrə “uşaqlar” yaş kateqoriyasında qadınlar arasında fərdi proqramda ən yaxşı nəticəni Leyla Ələkbərova (38.400 xal, Bakı gimnastika məktəbi) göstərib. İkinci və üçüncü yerləri Milana Salmanova (35.500 xal, "Neftçi" klubu) və Məryəm Əhədova (13.800 xal, Bakı gimnastika məktəbi) bölüşüblər.

Qeyd edək ki, bu gün Milli Gimnastika Arenasının köməkçi zalında batut gimnastikası üzrə 5-ci, tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyi start götürüb.

Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu və Neftçi İdman Klubunu təmsil edən ümumilikdə 66 gimnast iştirak edir.

Qeyd edək ki, iştirakçılar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş kateqoriyasında mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti