...

Karateçilərimiz Şanxayda Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar

İdman Materials 10 İyun 2019 11:33 (UTC +04:00)
Karateçilərimiz Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar.
Karateçilərimiz Şanxayda Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar

Bakı. Trend:

Karateçilərimiz Çinin Şanxay şəhərində Karate1 Premyer Liqa turnirində 2 medal qazanıblar.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Firdovsi Fərzəliyev (-60 kq) və Pənah Abdullayev (-84 kq) mötəbər turnirdə 3-cü yeri tutmaqla, müxtəlif reytinq cədvəllərində mövqelərini də möhkəmlədiblər. Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün 4-cü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib.

Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan milli komandanın üzvləri 11 iyunda Bakıya dönüb 2-ci Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti