...

Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla ikinci görüşünü keçirib

İdman Materials 24 İyul 2019 00:47 (UTC +04:00)
FIDE-nin və “World Chess” şirkətinin Riqada birgə təşkil etdiyi “Grand Prix 2019"”seriyasının final oyunları çərçivəsində iyulun 23-də cavab görüşləri keçirilib
Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla ikinci görüşünü keçirib

FIDE-nin və “World Chess” şirkətinin Riqada birgə təşkil etdiyi “Grand Prix 2019"”seriyasının final oyunları çərçivəsində iyulun 23-də cavab görüşləri keçirilib.

Trend xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov cavab oyununda Fransa təmsilçisi Maksim Vaşe-Laqrava məğlub olub.

Rəqiblər qalibin müəyyənləşməsi üçün iyulun 24-də tay-brekdə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən gün keçirilmiş birinci partiyada Ş.Məmmədyarov M.Vaşe-Laqrava qalib gəlib.

Pley-off sistemi üzrə keçirilən Qran-Pridə göstərilən nəticələrə görə, şahmatçıların adına xallar yazılır. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti