...

Rusiyalı gimnast: Festivalın qızıl medalı böyük əhəmiyyət daşıyır

İdman Materials 26 İyul 2019 18:44 (UTC +04:00)
Bakıdakı yarışlardan təəssüratlarım parlaqdır.
Rusiyalı gimnast: Festivalın qızıl medalı böyük əhəmiyyət daşıyır

Bakı. Cani Babayeva - Trend:

Bakıdakı yarışlardan təəssüratlarım parlaqdır.

Bunu Trend-ə XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlarda halqalarla hərəkətlərdə birinci yeri tutmuş rusiyalı idmançı Muhammadcon Yakubov deyib.

Gimnast bildirib: "Bakıdakı yarışlardan təəssüratlarım parlaqdır, hər şey xoşuma gəldi. Mənim üçün Avropa Gənclər Yay Olimpiya Festivalının qızıl medalı böyük əhəmiyyət daşıyır. Bu, mənim ilk böyük yarışımdır və mən qələbəmə görə çox şadam".

İdmançı yarışlarda bütün rəqiblərin güclü olduğunu da qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti