...

EYOF Bakı 2019-da idman gimnastikası üzrə yarışlarda növbəti mükafatlandırma mərasimi keçirilib (FOTO)

İdman Materials 27 İyul 2019 15:42 (UTC +04:00)
Bu gün Milli Gimnastika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda kişilər arasında dayaqla tullanma, qadınlar arasında gimnastika tirində hərəkətlərdə qaliblərin mükafatlandırma mərasimi keçirilib.
EYOF Bakı 2019-da idman gimnastikası üzrə yarışlarda növbəti mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bu gün Milli Gimnastika Arenasında "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlarda kişilər arasında dayaqla tullanma, qadınlar arasında gimnastika tirində hərəkətlərdə qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Trend-in məlumatına görə, kişilər arasında dayaqla tullanmada birinci yeri Reykvon Batist (Böyük Britaniya, 13,983 bal), ikinci yeri Robert Burtanete (Rumıniya, 13,933 bal), üçüncü yeri isə Qabriel Burtanete (Rumıniya, 13,833 bal) tutub.

Qadınlar arasında gimnastika tirində hərəkətlərdə qızıl medalı Ondin Açamponq (Вöyük Britaniya, 13,666 bal), gümüş medalı Silviana-Mariya Sfirinq-Qeorqe (Rumıniya, 13,666 bal), bürünc medalı isə Klariss Passeron (Fransa, 13,000 bal) qazanıb.

Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların sonuncu günü start götürüb.

Kişilər və qadınlar üzrə idman gimnastikası yarışları 23-27 iyul tarixlərində baş tutub. Yarışda Azərbaycanı 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.

Səməd Məmmədli 3 növ - sərbəst hərəkətlərdə, atla hərəkətlərdə və çoxnövçülük üzrə finala çıxıb. Gimnast atla hərəkətlərdə gümüş medala sahib olub.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçirilir.

FOTO: Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti