...

"Qran-pri"də İslam Bazarqanov gümüş, Həsən Əliyev bürünc medal qazanıb

İdman Materials 9 Avqust 2019 23:05 (UTC +04:00)
Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir
"Qran-pri"də İslam Bazarqanov gümüş, Həsən Əliyev bürünc medal qazanıb

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün güləşçilərimiz daha iki medal qazanıb. İslam Bazarqanov (57 kq) finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabıyla uduzub və gümüş medalı boynundan asıb. Yunan-Roma güləşçimiz Həsən Əliyev (77 kq) isə qırğız Kayratbek Tuqolbayevi 10:1 hesabıyla məğlub edərək bürünc medal əldə edib.

Qeyd edək ki, bununla da "Qran-pri"də medallarımızın sayı 8-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti