...

Qazaxıstanlı gimnastlar: Bakıya döyüşə hazır vəziyyətdə gəlmişik

İdman Materials 21 Sentyabr 2019 17:53 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı qrup hərəkətləri üzrə yarışlara qatılan qazaxıstanlı gimnastlarda xoş təəssürat yaradıb
Qazaxıstanlı gimnastlar: Bakıya döyüşə hazır vəziyyətdə gəlmişik

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı qrup hərəkətləri üzrə yarışlara qatılan qazaxıstanlı gimnastlarda xoş təəssürat yaradıb.

Bu barədə Trend-ə gimnastlar danışıblar.

Dayana Jakupova deyib: "Çempionat yüksək səviyyədə təşkil olunub. Bakıda çıxış etmək qürurvericidir, bura həmişə gələndə məmnun qalırıq. Azərbaycanlı azarkeşlər də fəaldır, bizi çox dəstəkləyirlər".

Digər gimnast Regina Sultanova isə deyib ki, dünya çempionatı bu il üçün ən gözəl başlanğıcdır, gimnastlar bu yarışa döyüşə hazır vəziyyətdə qatılıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Məqalədə:
Xəbər lenti

Xəbər lenti