Bakı. Trend:
FİFA referisi Rauf Cabarov təyinat alıb.
Trend-in məlumatına görə, o, noyabrın 6-da Moskva şəhərində keçiriləcək UEFA Gənclər Liqasının “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya) oyununun baş hakimi olacaq.
Ona Namiq Hüseynov və Pərvin Talıbov kömək edəcək.