...

Formula 1 yarışları üçün biletlərin sayı artırıla bilər

İdman Materials 15 Yanvar 2020 12:02 (UTC +04:00)
Bu il Azərbaycanda keçirilən Formula 1 yarışlarında tribunaların sayı artırıla bilər.
Formula 1 yarışları üçün biletlərin sayı artırıla bilər

Bakı. Elçin Mehdiyev – Trend:

Bu il Azərbaycanda keçirilən Formula 1 yarışlarında tribunaların sayı artırıla bilər.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər Halqasının Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib.

O qeyd edib ki, Formula 1 Azərbaycan Qran Prisinə xaricdən olan maraq xeyli artıb, o cümlədən xaricdən gələn VİP qonaqların sayı da artıb.

Özərdimin sözlərinə əsasən, biletlərin sayının artırılması nəzərdə tutulur: “Biletlər bitdiyi zaman yeni biletlər satışa çıxarılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti