...

Fərdi proqramda çinli gimnast birinci yeri tutub (FOTO)

İdman Materials 16 Fevral 2020 14:36 (UTC +04:00)
Çinli gimnast Ley Qao Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikasında kişilər arasında fərdi proqramda qızıl medal qazanıb
Fərdi proqramda çinli gimnast birinci yeri tutub (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Çinli gimnast Ley Qao Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikasında kişilər arasında fərdi proqramda qızıl medal qazanıb.

Trend-in məlumaıtna görə, o, 61.585 xal yığıb.

İkinci yerdə 61.360 xalla digər Belarus gimnastı İvan Litvinoviç, üçüncü yerdə isə 60.260 xalla digər Çin gimnastı Donq Donqu qərarlaşıb.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti