...

Tamblinq yarışlarında qaliblər mükafatlandırıldı (FOTO)

İdman Materials 16 Fevral 2020 15:29 (UTC +04:00)
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda kişilər və qadınlar arasında tamblinq yarışlarında qalib və mükafatçıların mükafatlandırma mərasimi olub
Tamblinq yarışlarında qaliblər mükafatlandırıldı (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda kişilər və qadınlar arasında tamblinq yarışlarında qalib və mükafatçıların mükafatlandırma mərasimi olub.

Trend-in məlumatına görə, qadınlar arasında birinci yeri Viktoriya Danilenko (Rusiya), ikinci yeri İrina Siliçyova (Rusiya), üçünçü yeri isə Tia Teylor (ABŞ) tutublar.

Qalibə və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə texniki komitəsinin üzvü Kristof Lamber, Azərbaycan Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev və Azərbaycan Ginmastika Federasiyasının meneceri Fərid Məmmədzadə təqdim ediblər.

Kişilər arasında ən yaxşı nəticəni Kaden Braun (ABŞ) göstərib, ikinci yerdə İtan MakGinness (Avstraliya), üçüncü yerdə isə Aleksandr Lisitsın (Rusiya) qərar tutublar.

Qalibə və mükafatçılara mükafatları Beynəlxalq Gimnastika Federasiyasının batut gimnastikası üzrə texniki komitəsinin üzvü Tatyana Şuyskaya, Gənclər və İdman Nazirliyiyin idman şöbəsinin rəhbəri, olimpiya çempionu Fərid Mansurov və tamblinq üzrə Azərbaycan milli komandasının baş məşqçisi Adil Hüseynzadə təqdim ediblər.

Həmçinin ənənəvi olaraq ən yüksək icra balına görə "AGF Trophy" Kuboku da verilib. Kubokun qalibləri Houp Bravo (Çin) və Maksim Ryabikov (Rusiya) olublar. Kuboku Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə təqdim edib.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti