...

Qadınlar arasında sinxron cütlüklərin yarışında rusiyalı gimnastlar birinci yerə çıxıblar

İdman Materials 16 Fevral 2020 15:24 (UTC +04:00)
Rusiyalı gimnastlar Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikasında qadınlar arasında sinxron cütlüklərin yarışında qızıl medal qazanıblar
Qadınlar arasında sinxron cütlüklərin yarışında rusiyalı gimnastlar birinci yerə çıxıblar

Bakı. Cani Babayeva - Trend:

Rusiyalı gimnastlar Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikasında qadınlar arasında sinxron cütlüklərin yarışında qızıl medal qazanıblar.

Trend-in məlumatına görə, onlar 48.530 xal toplayıblar.

İkinci yerdə Ukrayna təmsilçiləri (48.430 xal), üçüncü yerdə isə ABŞ gimnastları (48.010 xal) qərarlaşıblar.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti