...

İtaliya A Seriyası növbəti dəfə təxirə salınır

İdman Materials 29 Mart 2020 21:06 (UTC +04:00)
İtaliya A Seriyası növbəti dəfə təxirə salınır

Bakı. Trend:

İtaliya A Seriyasının oyunları koronavirus pandemiyasına görə mayın 3-dək təxirə salınmışdı. Lakin bu tarix də təxirə salınır.

Trend xəbər verir ki, İtaliyanın İdman Nazirliyi liqaların bərpa müddətini uzatmaq üçün hökumətə müraciət edəcək. Bildirilir ki, A Seriyasını mayın 3-də başlatmaq real plan deyil.

Xatırladaq ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. Turnir cədvəlinə 26 turdan sonra 63 xalla "Yuventus" başçılıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti